Azərbaycanda çörək istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 937,6 min ton çörək istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4% çoxdur.

Təkcə avqust ayında ölkədə 116,1 min ton çörək istehsal olunub ki, bu da iyul ayı ilə müqayisədə 1,1% və ya 1,3 ton çoxdur.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İngilis funt sterlinqi kəskin ucuzlaşa bilər – Ehtimallar

SONRAKI XƏBƏR

İş mərkəzlərində icarə haqları bu il ikinci dəfə düşüb