"Azərlotereya" vətəndaşlara müraciət edib

İqtisadiyyat Nazirliyinə məxsus "Azərlotereya" ASC-nin təşkil etdiyi "Klassik loto" tirajlı lotereyasının keçirilməsinə sentyabrın 3-dən xitam verilməsi nəzərə alınaraq, lotereyada oynanılan və udulmayan iri pul mükafatları (95 000 manat "CekPot" və 54 000 manat "MeqaPot") cəmi 149 000 manat olmaqla sentyabrın 30-dan etibarən "4+4" tirajlı lotereyasının "CekPot" pul mükafatına əlavə olunur.

Sonxeber.az xəbər verir ki, bu barədə şirkətin vətəndaşlara müraciətində bildirilir.

Lotereya həftədə iki dəfə olmaqla (çərşənbə və cümə günləri) saat 21:35-də Space TV kanalı vasitəsilə canlı keçiriləcək. Lotereya biletlərini satış məntəqələrindən və www.azerlotereya.com saytı vasitəsilə əldə etmək olar.


Sonxeber.az

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

COVID-19-dan vəfat etmiş cavan adamların 75 faizinin əlavə xəstəlikləri də olub

SONRAKI XƏBƏR

Komitədən Zeynəb Cavadlının aqibətinə MÜNASİBƏT: “Çətin və uzun proses olacaq” - ÖZƏL