İş mərkəzlərində icarə haqları bu il ikinci dəfə düşüb

İş mərkəzlərində icarə haqları bu il ikinci dəfə düşüb

Bu barədə Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinə (AzStatKom) istinadən xəbər verir.

AzStatKom-un göstəricilərinə görə, ölkədə avqust ayında icarəçinin ödədiyi icarə haqları iyula nisbətən 0.2% ucuzlaşıb.

Ölkəmizdə icarə haqlarının qiymətində COVID-19 ölkə sərhədlərindən daxil olmamış fevralda 0.2% artım müşahidə edilmişdi. Daha sonra isə mart ayından ölkədə karantin rejimi tətbiq edilib. Bu da öz növbəsində iş mərkəzləri və digər tikililərin rezidentləri – turizm, özəl təhsil müəssələrinin iqtisadi durumunun ağırlaşdırmasına gətirib çıxarıb. Bir çox icarəyə verən şəxslər isə məcburi olaraq icarə haqlarında icarəçini əlində saxlamaq üçün icarə haqlarında güzəşt edib. Bəzi hallarda qiymətlərin düşülməsi ilə yanaşı, hətta icarə haqlarının ödəniş müddəti və ya məbləğinə də yenidən baxmalı olub.

Məsələn, may ayında 0.2% icarə haqları düşüb, ardıcıl olaraq dinamika müşahidə edilməyib.

Nəhayət, icarə haqlarının azaldılması avqust ayında da yenidən baş verib.

Mənbə: banker.az