Azərbaycanın metalurgiya sənayesində istehsal kəskin artıb

Bu ilin yanvar-avqust ayında Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 433,1 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 3,8% azalma, metallurgiya sənayesində isə 2,3 dəfə artım müşahidə olunub. Bu ilin səkkiz ayında sahə üzrə 22 365,5 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Mehdiyevin “dibçəkdə” yetişdirdiyi akademik korpus

SONRAKI XƏBƏR

Hindistanda sərnişin qayığı devrilib: 7 ölü, 14 itkin düşən var