Azərbaycanlılar Rusiya bazalarında erməni mallarını sıxışdırmağa davam edir - Son Vəziyyət

Azərbaycanlılar Rusiya bazalarında erməni mallarını sıxışdırmağa davam edir - Son Vəziyyət

Rusiya bazarlarında azərbaycanlı sahibkarlar erməni alverçilərini sıxışdırır.

Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, 5 il Rusiyada kənd təsərüfatı mallarının ixracı ilə məşğul olan erməni sahibkar Arqişti Yazıçyanın Rusiyada azərbaycanlı sahibkarların erməni malları almadığını qeyd edib.

“Mən azərbaycanlılardan soruşuram niyə bizim malları almırsınız? Onlar isə biz edə bilmərik, qadağa qoyulub. Əgər kimsə bu qadağanı pozsa onda onun kriminal aləmdə problemləri ola bilər, bax belə”, deyə Yazıçyan deyib.

O, deyir ki, “Food City”yə hər birində 2200 yeşik olan 2 tır üzüm və gavalı çatdırıb, lakin alan olmadığına görə günə 10-15 yeşik satmaqla 15 min dollar ziyan ilə Ermənistana geri dönməli olub. O, digər ixracatcı dostunun da başına bənzər hadisə gəldiyini bildirib.

“Ermənilərin əsas ticarət mərkəzləri olan “Buxta” və “İpək Yolu” da az mal satıb və al-ver getmir. Amma “Food City” isə qalan ticarət mərkəzlərini udan akuladır. Biz məmnuniyyətlə başqa yerə gedərdik amma başqa yer yoxdur. Topdan alanlar isə azərbaycanlılardır, onlar da bu sferada at oynadırlar”, deyə o söyləyib.

Erməni ixracatçı deyir ki, “Food City”nin qarşısında 25 belə erməni sahibkar dayanıb və satış yoxdu.

Rusiya bazarındakı erməni mallarının qiymətlərindən bəhs edən ixracatçı malların qiymətlərinin "heç vaxt bu qədər aşağı olmadığını" qeyd edib.

Mənbə: ednews.net