“Azəri-Çıraq-Günəşli” yataqlarından indiyə qədər 516 milyon ton neft hasil edilib - Xoşbəxt Yusifzadə

Bakı. Trend:

İşlənmənin əvvəlindən bu il sentyabrın 1-dək “Azəri-Çıraq-Günəşli” yataqlarından 516 milyon ton neft və 172 milyard kubmetr qaz hasil olunub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına əldə edilir.

"Artıq 21-ci ildir ki, Azəri-Çıraq-Günəşli layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 2020-ci il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 305 milyon ton “mənfəət nefti” satılıb ki, bu da həmin vaxtadək çıxarılmış “Azəri-Çıraq-Günəşli” neftinin 59,0 faizini təşkil edir. Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin 8 ayında “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilmiş 16 milyon ton neftin 12 milyon tonu, yəni 75 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Gömrükdən gizli yolla 53 min dollar keçirmək istədi

SONRAKI XƏBƏR

Binə qəsəbəsinin yeni uşaq bağçası (VİDEO)