Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər

Rusiya oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər

Rusiya hökuməti oktyabrda MDB ölkələri ilə hava nəqliyyatını bərpa edə bilər.

APA-nın Rusiya bürosunun “Sputnik-Uzbekistan” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatlı mənbə bildirib.

Mənbənin bildirdiyinə görə, Rusiya hakimiyyəti oktyabrda MDB ölkələrinin paytaxtları ilə hava nəqliyyatının bərpasını mümkün hesab edir. İlk növbədə Nur-Sultan, Daşkənd, Bakı və İrəvanla hava nəqliyyatının bərpa olunması nəzərdə tutulur.

Qeyd edək ki, koronavirus pandemiyasına görə bu ilin martın 18-dən Rusiya MDB ölkələri ilə sərhədini bağlayıb, bütün müntəzəm və çarter reysləri dayandırılıb.

Mənbə: apa.az