Azərbaycan Turizm Assosiasiyası tərkibində ekspertlər komissiyası yaradılıb

Azərbaycan Turizm Assosiasiyası tərkibində ekspertlər komissiyası yaradılıb

Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir. SİA xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) tərkibində ekspertlər komissiyası yaradılıb.

Komissiyanın tərkibinə turizm və digər sənaye sahələri üzrə nüfuzlu və peşəkar mütəxəssislər cəlb olunub.

Yeni yaradılmış komissiyanın məqsədi turizm sənayesi üçün yeni hədəflərin müəyyən edilməsi və ekspert rəylərinin köməyi ilə yeni turizm imkanlarının araşdırılmasından ibarətdir.

Komissiyaya 11 nəfər daxildir.

Mənbə: sia.az