Dövlət Məşğulluq Agentliyi meyvə bağları yaradacaq

Dövlət Məşğulluq Agentliyi meyvə bağları yaradacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi meyvə bağlarının yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Parlar Ting A.T" MMC-dir.

Qalib şirkətə 2 233,5 min manat ödəniləcək.

Mənbə: azpolitika.info