Sumqayıtda "Sahibkar ol" - YENİ LAYİHƏ

Sumqayıtda "Sahibkar ol"  - YENİ LAYİHƏ

Sentyabrın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Əlil Sahibkarlar Təşkilatı” ictimai birliyi Sumqayıtda "BMT-nin DİM prinsiplərinə uyğun Azərbaycanda ƏOŞ və digər həssas sosial qrupların davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkar kimi rolunun artırılması və bu sahədə mövcud problemlərin həllinə zəmin yaradılması” layihəsinə start verilib.

Xeberle.com xəbər verir ki, iki ay davam edəcək layihənin məqsədi əlilliyi olan şəxslər və digər həssas sosial qruplar arasında sahibkarlığın inkişafı, əlillərin və digər həssas sosial qrupların (gender bərabərliyi qorunmaq şərti ilə) sahibkarlıq fəaliyyətinə hazırlanması üzrəm maarifləndirmə tədbirlərinin (seminarların) təşkili, kreditlərə çıxış imkanlarının öyrədilməsi və fəallığın artırılmasıdır.

Layihə çərçivəsində "Sahibkar ol" adlı 5 maarifləndirmə seminarının və 1 ekskursiyanın təşkili nəzərdə tutulur. Maarifləndirici seminarlarında 250 əlilliyi olan şəxsin iştirakı təmin olunacaq və ekspertlər bilikləri müxtəlif maarifləndirici materiallar vasitəsilə çatdıracaqlar.

Seminarlarda aşağıdakı mövzulardan bəhs ediləcək:

1) "Biznesə başlamaq yolları və sahibkarlıq", "İdeyadan sahibkarlıq fəaliyyətinə";

2) "Sahibkarlıq fəaliyyətinin əhəmiyyəti və onun insan kapitalının formalaşmasında rolu”;

3) "Sahibkarlıq fəaliyyəti üçün biznes-planların və investisiya layihələrinin hazırlanması qaydaları və biznesin idarə olunması", "BMT-nin 2015-2030-cu illər üçün təsdiqlənmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən strategiyanın xüsusiyyətləri və həyata keçirilməsi mexanizmi”;

4) "İstehsal və istehlak müəssisələrinin yaradılması, əhəmiyyəti və idarə olunması";

5) "Menecment və marketinq", "Rəqəmsal marketinq və onun üstünlükləri";

6) "Vergi və vergi güzəştləri”;

7) "Maliyyə mənbələrinə çıxış yolları; Güzəştli kreditlərin əldə edilməsi və sosial investisiyaların cəlb edilməsi metodları”;

8) "Sahibkarlıq fəaliyyətinin siğortalanması", "Əlillərin sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasının əsasları";

9) "Yerli və xarici bazarlara çıxış imkanlarının təminatı", "İxracyönümlü və rəqabət qabiliyyəti məhsulların istehsalı və ixrac edilməsi yolları";

10) "Sahibkarlıq sahəsində mövcud qanunvericilik barədə maarifləndirmə".

Layihəyə cəlb edilən əlillər 1 dəfə Sumqayıtda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müxtəlif firma və müəssisələrə ekskursiyaya aparılacaq. Təcrübənin öyrənilməsi, sahibkarlıq fəaliyyətinə başlayan zaman hansı çətinliklər və ya uğurlarla qarşılaşmaları üçün inam hissinin formalaşmasında əhəmiyyətli rol oynayacaqdır.

Layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bank və Milli Məclisin müvafiq komitəsi ilə əməlkdaşlıq edilməsi planlaşdırılır.

Mənbə: xeberle.com