Rus pulu təzyiqlərə tab gətirmir

Rusiya iqtisadiyyatında çalxalanma ölkə valyutasına da az təsir göstərmir. Rus pulu müxtəlif təzyiqlərə tab gətirə bilmir.

Bizimyol.info xəbər verir ki, Rusiyada avro psixoloji 90 həddini aşıb. Sentyabrın 21-də saat 11.10-da Avropa valyutası Moskva birjasında 90.17 rubla təklif olunub.

ABŞ dolları da Rusiyada mövqeyini gücləndirir. Gün ərzində dollar 76.55 həddinə çatıb.

Rusiyanın əsas fond indeksiyaları da yaxşı gün yaşamayıb. “Mosbirja” 1.24, RTS isə 2.2 faiz dəyər itirib.

Rus pulu bir çox təzyiqlərin qarşısında çətin vəziyyətə qalıb. Əsas amillərdən biri neft bazarındakı qeyri-sabitlikdir. “Urals” qənaətbəxş sayılan 42.6 dollar həddini nadir hallarda keçir. Bundan başqa, türk lirəsinin avroya, dollara nisbətdə güc itirməsi də rubla etimadı azaldır.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Bakıda BİABIRÇILIQ: 21 yaşlı gəlin ərinin dostu tərəfindən qaçırıldı - ÖZƏL

SONRAKI XƏBƏR

Baş məşqçi koronavirusdan sağaldı