Valideynlər təlaşda: Uşaqları məktəbə göndərmək istəməyənlərin sayı artıb

Valideynlər təlaşda: Uşaqları məktəbə göndərmək istəməyənlərin sayı artıb

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirus aşkarlandığını bildirib. Bu da məktəblərin yenidən bağlanacağı, distant təhsilə keçiləcəyi barədə müzakirələr yaradıb.

Cebhe.info-ya daxil olan məlumata görə, bu gündən etibarən övladını məktəbə göndərməməkə bağlı qərar verən valideynlərin sayında ciddi artım müşahidə olunmağa başlayıb.

Belə ki, valideynlər tədris prosesinin formasını seçmək hüququndan istifadə edirlər. Çox sayda valideyn məktəbə müraciət edərək övladlarının əyani yox, distant formada tədrisə davam etməsinə dair iltizam imzalamaq istədiklərini bildirir. Xüsusilə virusun aşkarlandığı və distant təhsilə keçirilən siniflərin hansı məktəblərə aid olması barədə informasiyanın verilməməsi validenylərin narahatlığını artıırb.

Halbuki 15 sentyabrda bu məzmunda müraciət edən valideynlərin sayı o qədər də yüksək olmayıb. İndi isə yoluxmaya dair rəsmi xəbərlərin yayılması valideynləri distant təhsili seçməsinə səbəb olur.

Xəzər

Cebhe.info

 

Mənbə: cebhe.info