Daşınmaz əmlak bazarında vəziyyət: İl sonuna qiymətlər necə dəyişəcək?

Daşınmaz əmlak bazarında vəziyyət:  İl sonuna qiymətlər necə dəyişəcək?

 

Sentyabrın 1-nə olan məlumata görə, ümumi daşınmaz əmlak bazarı üzrə qiymətlərdə 0,27 faiz azalma var. Buna baxmayaraq, ötən ilin eyni dövrü ilə müqayisədə 4,12 faiz qiymət artımı qeydə alınıb.

Bunu Teleqraf.com-a NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli deyib.

O bildirib ki, ay ərzində təkrar mənzil bazarında 0,3 faiz artımı olub: “Qiymətlər 1670 manatdan 1675 manata qalxıb. Amma ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər əsasən sabit qalıb.

İlkin mənzil bazarında 4,5 faiz qiymət düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə 4,24 faiz qiymət azalması var.

Fərdi yaşayış və bağ evlərində də qiymət azalması var. Ay ərzində 8,55 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 5,44 faiz azalma var.

Kommersiya obyektləri bazarı da ay ərzində 0,49 faiz azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,42 faiz artım var.

Ay ərzində torpaq bazarında da 1,79 faiz azalma qeydə alınıb. Amma ötən ilin eyni dövrü ilə müqayisədə 7,79 faiz artım var”.

Nüsrət İbrahimlinin sözlərinə görə, ay ərzində mənzillərin kirayəsi bazarında 5,21 faiz artım olub: “Amma ötən ilin eyni dövrü ilə müqayisədə 4,15 faiz azalma var.

Ay ərzində fərdi yaşayış və bağ evlərinin kirayəsində 2,99 faiz azalma var. Ötən ilin eyni dövrü ilə müqayisədə isə azalma 6,28 faizdir.

Kommersiya obyektlərinin icarəsi bazarında ay ərzində 5,67 faiz artım olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 6,35 faiz artım qeydə alınıb.

Ümumi kirayə bazarı üzrə ay ərzində 0,27 faiz azalma, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,12 faiz artım var”.

Ekspert sentyabr ayında da ümumi mənzərənin təxminən avqust ayındakı kimi olacağını deyir: “Mənzillərin kirayəsi bazarı istisna olmaqla digər sahələr üzrə azalma ehtimalı var. Amma oktyabr, noyabr və dekabr aylarında 22-3 faiz civarında artım ehtimalı var. Ümumi il üzrə götürsək, təxminən 6-5 faiz daşınmaz əmlak bazarında qiymət artımı proqnozlaşdırılır”.

Mənbə: teleqraf.com