Azərbaycan kolbasa istehsalını 37% artırıb

Azərbaycan kolbasa istehsalını 37% artırıb

2020-ci ilin ilk 8 ayı ərzində kolbasa istehsalı 36.5% artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 8 ayı ərzində 15 min 575.1 ton kolbasa istehsal olunub.

Onu da qeyd edək ki, digər qida məhsullarında da artım olub. Bu artım özünü pendir və kəsmik istehsalında, həmçinin kərə yağı istehsalında da göstərib.

Belə ki, keçən ilin eyni dövrü ilə müqayisədə pendir və kəsmik istehsalında 2.9%, kərə yağı istehsalında isə 1.2% artım olub.

Mənbə: banker.az