Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 900 mln. dollar azalıb

Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 900 mln. dollar azalıb

Rusiyanın beynəlxalq ehtiyatları son bir həftə ərzində 900 mln. ABŞ dolları və ya 0,2% azalaraq, sentyabrın 18-nə 590,9 mlrd. dollara təşkil edib.

"APA-Economics" TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Mərkəzi Bankı ehtiyatların azalmasını ölkənin xarici borcları üzrə öhdəliklərinin yerinə yetirilməsi səbəbindən baş verdiyini qeyd edib.

Bankın məlumatlarına əsasən, qeyri-rezidentlərin ölkənin federal borc öhdəliklərində payı 0,4 faiz bəndi azalaraq 29,4% təşkil edib.

Mənbə: apa.az