Təyyarə biletlərinin qiymətləri nə vaxt ucuzlaşacaq?

Təyyarə biletlərinin qiymətləri nə vaxt ucuzlaşacaq?

Digər hava yolları şirkətləri də uçuşları bərpa edərsə, biletlərin qiymətində ucuzlaşma müşahidə ediləcək.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyası(ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov aviabiletlərin qiymətində endirimlər haqda danışarkən deyib.

Onun sözlərinə görə, pandemiya şəraiti ilə bağlı olaraq 3-4 aydır ki, yalnız bir neçə şəhərə xüsusi reyslər təşkil edilir:

“Gələcəkdə COVİD-19-a yoluxma riski azalarsa, Azərbaycan Hava Yolları başqa şəhərlərə uçuşları və intensivliyi mərhələli şəkildə bərpa edəcək. Digər hava yolları şirkətləri də uçuşları bərpa edəcəyi təqdirdə aviabiletlərin qiymətində endirimlər gözlənilir”.

Mənbə: axar.az