Türkiyə hökuməti lirəni necə xilas edir...

Lirənin ağır vəziyyəti Türkiyə hökumətini düşündürməyə bilməz. Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi komanda milli valyutanı xilas etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini yüksəltməyə başlayıb. Bundan sonra lirənin Qərb valyutaları qarşısında dəyər itirməsi prosesi dayanıb. Əksinə, türk pulunun azacıq özünə gəlməsi nərəzə çarpır.

Sentyabrın 23-də lirə bütün dövrlərin ən aşağı məzənnəsini görmüşdü. Türkiyədə avro 9, dollar isə 7.71 lirəyə satılmağa başlamışdı. Sentyabrın 24-də hökumət prosesə müdaxilə etmək qərarına gəlib. Faiz dərəcələri artırılandan sonra avro 8.89, dollar isə 7.62-dən təklif olunur. Günorta saatlarında, hətta daha aşağı rəqəmlər müşahidə edilib. Məsələn, dollar 7.56-ya qədər düşmüşdü.

Türkiyə Mərkəzi Bankı məhz faiz dərəcələrini azaltmaqla lirəni çətin duruma salmaqda ittiham olunurdu. Son qərar müəyyən sabitlik yaradıb.

Lirənin ağır durumu Rusiya rubluna da təsirsiz ötüşmür. Avro yenə 90 həddinə yaxınlaşıb. Dollar isə 77 rubldan baha satılır.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda hərbi hissədə əsgər öldürən “Taliban”çının cəzası bilindi

SONRAKI XƏBƏR

Dünya ÜDM-ində müsbət meyllər var