Dünya ÜDM-ində müsbət meyllər var

Dünya ÜDM-ində müsbət meyllər var

Beynəlxalq Valyuta Fondu (İMF) dünya ÜDM-inə dair iyun ayındakı proqnozuna nisbətən müsbət dəyişikliklərin olduğunu qeyd edir.

“Report” xəbər verir ki, bu barədə müntəzəm brifinq zamanı təşkilatın sözçüsü Cerri Rays bildirib: “Verilən son məlumata əsasən, iqtisadi proqnoz iyunun 24-dəki vəziyyətə görə müəyyən dərəcədə daha məqbul ola bilər. Belə ki, dünya iqtisadiyyatının bəzi sahələrində vəziyyət düzəlməyə başlayır. Həmçinin dünya ticarətinin aramla da olsa, dirçəlməyə başlamasına dair əlamətləri görürük”.

Həmçinin bir çox inkişaf edən və sürətlə inkişaf edən ölkələr üçün iqtisadi proqnozun müşkül olduğu da diqqətə çatdırılıb.

Xatırladaq ki, iyun ayının 24-də İMF dünya ÜDM-nə dair aprel ayında verdiyi proqnozu azaldaraq cari ildə 4,9 faiz azalacağını, gələn il də 5,4 faiz artacağını açıqlamışdı. O cümlədən pandemiyanın fəsadları üzündən cari ildə inkişaf etmiş ölkələrin ÜDM-inin əvvəlki proqnoza nisbətən 1,9 faiz bəndi daha çox, 8 faiz azalacağı, gələn il 4,8 faiz artacağı, inkişaf edən ölkələrdə isə bu il 3 faiz azalacağı, gələn il 5,9 faiz artacağı bildirilmişdi.

Mənbə: azpolitika.info