Masallıda 3,2 kilometr uzunluğunda asfalt yol yenidən qurulur

Masallıda 3,2 kilometr uzunluğunda asfalt yol yenidən qurulur

MasallI, 24 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən regionlarda vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində yol infrastrukturunun yenilənməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ələt-Astara magistralının Masallı şəhərinin ərazisindən keçən hissəsində - Bakı prospektində uzunluğu 3,2 kilometr yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma və təmir işlərinə başlanıb.

Yenidənqurma işləri çərçivəsində prospekt boyu asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, səkilər bərpa olunur, zəruri yerlərdə yeniləri ilə əvəzlənir. Yolda asfalt-beton örtüyünün üst qatının frezlənməsi işi başa çatdıqdan sonra yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Prospekt zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.

Mənbə: azertag.az