Gəncə, 25 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunan abituriyentlərin qeydiyyatına başlanılıb.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildirilib ki, 2020/2021-ci tədris ili üzrə universitetə qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatı onlayn formada https://forms.gle/cNMxv37awrESyqsC8 linki vasitəsilə aparılır.
Abituriyentlər 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Mənbə: azertag.az