Paşinyan hökuməti iki il ərzində Ermənistanın dövlət borcunu 1,3 milyard dollardan çox artırıb

Paşinyan hökuməti iki il ərzində Ermənistanın dövlət borcunu 1,3 milyard dollardan çox artırıb

Koronavirusun iqtisadi inqilab etmək və Ermənistandan ixracatı 30 milyard dollara çatdırmaq üçün verdiyi fürsətdən danışan Paşinyanın heyranlığını hamımız xatırlayırıq. İndi, həmin açıqlamasını unutmağa çalışır, çünki gözlənildiyi kimi Ermənistanda iqtisadi tənəzzül getdikcə dərinləşir, ixracat və büdcə vergi gəlirləri azalır və bunun əvəzinə xarici borc sürətlə böyüyür. İndi bu barədə daha geniş məlumatları nəzərdən keçirək. Əslində, Ermənistanın dövlət borcu 8 milyard dollara yaxınlaşıb, xarici borcu isə 6 milyard dolları keçib. Ermənistan Statistika Komitəsinin məlumatına görə, bu il 31 iyul tarixinə qədər Ermənistanın ümumi borcu 7 milyard 939 milyon dollar, bunun xarici borc hissəsi isə 6 milyard 55 milyon dollar təşkil edib. Başqa sözlə, yalnız bir ayda cəmi dövlət borcu 220 milyon dollar artıb, bunun xarici borc hissəsi 73 milyon dollar, daxili borc 147 milyon dollar təşkil edib. Xatırladaq ki, ötən ilin sonunda Ermənistan Maliyyə Naziri bu il ölkənin borcunun 490 milyon dollar artırılacağını açıqlamışdı. Halbuki, cəmi bir ayda 220 milyon dollar artıb. İlin sonuna qədər borc artım sürətinin planlaşdırılan 490 milyon dolları xeyli üstələyəcəyi gözlənilir.

“İnqilabçı” hökumət dövründə dövlət borcu nə qədər artıb?

Həmin bu inqilabçı Ermənistan hökümətinin lideri əvvəllər xarici borcların artmasına qəti şəkildə qarşı çıxar, heç bir əxlaqi normalara əməl etmədən bu mövzunu manipulyasiya edərdi, ancaq hakimiyyətə gəldikdən sonra xarici borcların azaldılması siyasətini davam etdirəcəklərini açıqlasa da indi bu borcları yayınmadan davamlı olaraq artırır.

Beləliklə, 2018-ci il 30 iyun tarixinə görə, Ermənistanın dövlət borcu 6 milyard 704 milyon dollar təşkil edib ki, bunun da yalnız xarici borc hissəsi 5 milyard 449 milyon dollardır. Bu rəqəmləri qeydə alınan mövcud dövlət borcu 7 milyard 939 milyon dollar və xarici borc 6 milyard 55 milyon dollar ilə müqayisə edək. Belə çıxır ki, Ermənistanın dövlət borcunu indiki hökumət iki il ərzində 1,3 milyard, o cümlədən yalnız xarici borcu 600 milyon dollardan çox artırıb.

Aqil Məmmədov
Ordu.az

 

Mənbə: ordu.az