Azərbaycan Gürcüstandan diri heyvan idxalını azaldıb

Azərbaycan Gürcüstandan diri heyvan idxalını azaldıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana ümumi dəyəri 1,1 milyon ABŞ dolları olan 422,1 ton diri qoyun və keçi ixrac edib.
Bu barədə Anews.az-a Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycan qonşu ölkədən qoyun və keçinin idxal həcmini 3,1 dəfə azaldıb.
Hesabat dövründə Gürcüstandan Azərbaycana 2 085,2 ton diri iribuynuzlu mal-qara da ixrac olunub. Məhsulun dəyəri 3,7 milyon ABŞ dolları təşkil edib. İllik müqayisədə məhsulun həcmində 35,6% azalma qeydə alınıb.

www.anews.az

Mənbə: anews.az