Azərbaycanda istehlak kreditləri “qırmızı zonanı” tərk edir

Azərbaycanda istehlak kreditləri “qırmızı zonanı” tərk edir

Azərbaycanın bank sektorunun kredit portfelinin 3 strukturunun hər birində artım dinamikası müşahidə edilib

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 1 sentyabr 2020-ci il tarixinə olan göstəricidə qeyd edilib.

Hesabat dövründə bankın 14 304.2 mln. manatlıq kreditlərinin 8 644.9 mln. manatı biznes, 3 736.9 mln. manatı istehlak, 1 922.4 mln. manatı isə ipoteka (əmlak) kreditləri olmuşdur.

Biznes kreditləri cari ilin aprel, may və iyun aylarındakı enişdən sonra 3%-ə qədər azalma dinamikası son iki ayda artımla əvəzlənib. Son ayda biznes kreditlərinin artım dinamikası 0.2% təşkil edib.

İstehlak kreditləri 2020-ci il ərzində mart ayından iyul ayına qədər azalma dinamikası, nəhayət, avqusta qırılıb. Avqust ayında bankdakı istehlak kreditlərinin həcmi 1.65% artıb. Bu isə son 5 ayda ilk dəfə olaraq artımın baş verməsi anlamına gəlir.

Mənbə: banker.az