Şirkətlərin bank hesablarındakı pulları artmağa başlayıb

Hüquqi şəxslərin banklardakı cəmi depozitləri 2020-ci ilin avqust ayında 114 milyon manat artaraq 11 milyard 806 milyon manat olub.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 7 ay ərzində isə hüquqi şəxslərin banklardakı depozitləri 1 milyard 12 milyon 700 min manat azalıb. Belə ki, ötən ilin sonunda hüquqi şəxslərin banklardakı cəmi depozitləri 12 milyard 818 milyon 700 min manata çatmışdı.

Avqustda hüquqi şəxslərin müddətli depozitləri 386 milyon 800 min manat azalaraq 2 milyard 206 milyon 100 min manat təşkil edib, tələbli depozitlər isə 501 milyon manat artaraq 9 milyard 599 milyon 900 min manata düşüb.

Tələbli depozitlər 7 ay ərzində isə 613 milyon 200 min manat azalıb.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Navalnının evinə və bank hesablarına həbs qoyuldu - "Pullar Putinin boğazında qalsın..."

SONRAKI XƏBƏR

Macarıstanlı ekspert: BMT Baş Assambleyasının ümumi debatlarında Bakı regional təhlükəsizliyin başlıca məsələlərinə toxunub