Azərbaycanda bank işçilərinin sayı azalıb

Azərbaycanda bank işçilərinin sayı azalıb

Azərbaycanda bank işçilərinin sayı cari il sentyabrın 1-nə 18 489 nəfər təşkil edib.

Redaktor.az bildirir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bank işçilərinin sayında ilin əvvəlinə nisbətən 971 nəfər və ya 5% azalma müşahidə olunub.

Bildirək ki, azalma əsasən lisenziyası geri çağırılmış banklarla əlaqədardır.

Qeyd edək ki, bu il Azərbaycanda 4 bank bağlanıb və nəticədə, cari il sentyabrın 1-nə ölkədə fəaliyyət göstərən bankların sayı 26-ya (2 dövlət bankı) enib. //APA

 

Mənbə: redaktor.az