G20 ölkələrinin energetika nazirlərinin iclası sentyabrın sonunda keçiriləcək

Sentyabrın 27-28-də G20 ölkələrinin energetika nazirlərinin iclası keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bu barədə tədbir təşkilatçılarının məlumatında deyilir.

"G20 ölkələrinin energetika nazirlərinin toplantısı 27-28 sentyabr 2020-ci il tarixlərində Səudiyyə Ərəbistanının sədrliyi ilə keçiriləcək. Tədbirdə enerji bazarının sabitliyi və təhlükəsizliyi mövzusunda əməkdaşlığı gücləndirmək və davamlı enerji sistemlərinin təşviqi və inkişafını müzakirə olunacaq", - məlumatda deyilir.

Bundan başqa, enerji resurslarına qlobal çıxışı da tədbirin müzakirə mövzularından biri olacaq. Nazirlərin görüşü onlayn formatda təşkil olunacaq.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Ştuxlik vədinə xilaf çıxdı

SONRAKI XƏBƏR

Rza Zərraba görə yaranan 12 illik düşmənlik sona yetdi