Azərbaycan 8 ayda Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib

Azərbaycan 8 ayda Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib

Bakı, 25 sentyabr, Elvin Camalov, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Oman qərarlaşıb.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, İrana ixracın dəyəri 22,5 milyon dollar, BƏƏ-yə 7,3 milyon dollar, Omana isə 2,1 milyon dollar olub. İran və Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, Omana isə artım müşahidə edilib.

AZERTAG.AZ :Azərbaycan 8 ayda Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib

Mənbə: azertag.az