Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi avqustda 23% artıb

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi avqustda 23% artıb

Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı illik müqayisədə 247 min və ya 32% artaraq bu il sentyabrın 1-nə 1 018 minə çatıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, kartların sayında aylıq müqayisədə 33 min və ya 3,3%-lik artım müşahidə olunub.

Qeyd edək ki, bu il sentyabrın 1-nə əsasən ölkədə ümumilikdə 8 761 min ödəniş kartı (bundan 3 379 mini sosial kartlar, 2 432 mini əmək haqqı kartları) dövriyyədə olub.

Hesabata əsasən, bu ilin sentyabr ayı ərzində kredit kartları ilə 159 mln. manat dəyərində əməliyyat həyata keçirilib. Əməliyyatların dəyərində aylıq müqayisədə 23,3%, ötən ilin eyni ayı ilə müqayisədə 18,7% artım qeydə alınıb.

Kredit kartları ilə aparılan əməliyyatların 37 mln. manatı ATM-lərin, 59 mln. POS-terminalların, 41 mln. manatı elektron ticarətin, 21 mln. manatı isə olkəxarici əməliyyatların payına düşüb.

Mənbə: apa.az