Bakının ictimai iaşə dövriyyəsi pandemiyaya görə 57%-dən çox azalıb

Bakının ictimai iaşə dövriyyəsi pandemiyaya görə 57%-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 57,3% azalaraq 288,4 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 61,3%-i hüquqi şəxs statuslu müəssisələrin, 38,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 41,4% azalaraq 179,3 mln. manat təşkil edib.

Qeyd edək ki, ictimai iaşə dövriyyəsinin kəskin azalmasının səbəbi koronavirus pandemiyasının qarşısını almaq məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində ictimai iaşə obyektlərinin işləməməsi olub.

Mənbə: apa.az