Azərbaycan paytaxtında ödənişli xidmətlərin dəyəri yanvar-avqustda 27% azalıb

Azərbaycan paytaxtında ödənişli xidmətlərin dəyəri yanvar-avqustda 27% azalıb

Bu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 26,9% azalaraq 2 496,7 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 628,7 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 65,2%-ni təşkil edib.

Mənbə: apa.az