Şüşə suyu milyarderi Çinin ən varlı adamı oldu

Şüşə suyu milyarderi Çinin ən varlı adamı oldu

Bloomberg Milyarderlər İndeksinə görə, "Nongfu Spring" markası ilə şüşə suyu istehsal edən Zhong Shanshan, Alibaba-nın qurucusu Jack Manı keçib.

İnsider.az xəbər verir ki, Zhong Shanshan 58,7 milyard dollarlıq sərvətilə Çinin ən varlı adamı olub.

Zhong Shanshan, "Nongfu Spring" şirkətini 1996-cı ildə Çinin şərqindəki Cıciang əyalətində qurub.

Eyni zamanda Çinli iş adamının hepatit peyvəndləri və Covid-19 test kitləri istehsal edən bir şirkətin əsas səhmdarı olması da, ən varlılar siyahısında yüksəlməsinə kömək edib.

"Tək qurd" ləqəbli Zhong, Asiyanın da ikinci ən zəngin adamı olub. İlk yerdə, Hindistanın neft-kimya şirkəti "Reliance Industries"in rəhbəri Mukesh Ambanidir.

Marja

Mənbə: insider.az