Azərbaycanın Gürcüstana fındıq ixracı kəskin azalıb

Azərbaycanın Gürcüstana fındıq ixracı kəskin azalıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 209,1 min ABŞ dolları dəyərində 35 ton fındıq idxal edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə Azərbaycanın qonşu ölkəyə fındıq ixracı həcm baxımından 6,7 dəfə azalıb.

Ötən ilin yanvar-avqustunda Gürcüstanın Azərbaycandan idxal etdiyi fındığın həcmi 237 ton, dəyəri isə 1,2 milyon ABŞ dolları təşkil edib.

Mənbə: azpolitika.info