Makron Fransanı məhvə sürükləyir: 25 ildə ən yüksək borc...

Fransanın dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 114,1 faizinə çatıb ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İnstitutu (INSEE) məlumat açıqlayıb.

Məlumatda bildirilir ki, ölkənin dövlət borcu ilin ikinci rübündə 12,7 bənd artıb. Dövlət borcu iyun ayının sonunda mart ayına görə 113,4 milyard dollar artaraq 2 min 638,3 milyard avroya çatıb.

Sosial təminat qurumlarının borclarının da qismən işsizlik tədbirləri və sosial yardımların təxirə salınması və ya ləğvi səbəbindən əhəmiyyətli dərəcədə artaraq 84.9 milyard dollara çatdığı bildirilir.

Qeyd edək ki, dövlət borcunun milli gəlirə nisbəti Avropa İttifaqı ölkələrinin meyarlarına görə 60%-i keçməməlidir.

Ölkənin dövlət borcundakı rekord artımı COVID-19 epidemiyasının təsiri və prezident Emmanuel Makron rəhbərliyinin uğursuz siyasətləri səbəbindən qeydə alındığı bildirilir.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

"Barselona" "Mançester Siti"nin müdafiəçisini icarəyə götürür

SONRAKI XƏBƏR

Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir