Qarğıdalı yığımı başlayıb - VİDEO

Qarğıdalı yığımı başlayıb - VİDEO

Silosluq məqsədilə əkilən qarğıdalı sahələrində yığımın daha sürətlə aparılması üçün Türkiyədən yeni silosbiçən aqreqatlar gətirilib. 2 və 3 cərgəli aqreqatlar əsasən xırda təsərrüfatlara kömək məqsədi daşıyır.

Yeni texnika artıq 12 rayon bölməsinə təhvil verilib. Xidmətə verilən bu texnikalar vasitəsilə silosluq qarğıdalı sahələrinin yığılması növbəli olaraq təmin ediləcək. Xidmətdən yararlanmaq istəyən fermerlər “Aqroservis”ın yerli rayon bölmələrinə müraciət edə bilərlər.

Artıq pambıq yığımına da başlanılıb. “Aqroservis” bildirir ki, yığım öncəsi tam hazırlıq işləri aparılıb, kombaynlara texniki baxış keçirilib, GPS quraşdırılmış, həmçinin nasaz vəziyyətdə olan texnikalar təmir edilib.

Ümumilikdə bu il pambıq yığımına 453 ədəd pambıqyığan kombayn cəlb edilməsi nəzərdə tutulur.

Bu il Azərbaycan Respublikası ərazisində 100 min hektardan artıq sahədə pambıq əkilib.

Mənbə: www.realtv.az