İşsizlik səviyyəsi azalıb

İşsizlik səviyyəsi azalıb

Cari ilin avqustunda Latviyada işsizlik səviyyəsi 8,6 faiz təşkil edib. Bu barədə Latvi­yanın Mərkəzi Statistika İdarəsi hesabat yayıb. Hesabatda bildiri­lir ki, ötən ay ölkədə 84 min işsiz qeydə alnıb. Bu göstərici iyul ayı ilə müqayisədə 2,6 min nəfər azdır.

Qeyd edilib ki, koronavirus pandemiyası ilə bağlı Latvi­yada karantin rejiminin elan edildiyi gündən bəri işsizlərin sayı, ümumilikdə, 12,4 min nəfər artıb.

Məlumatı “Euronews” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com