Rusiyada avro 2016-cı ildən bəri - ƏN YÜKSƏK HƏDDƏ

Rusiyada avro 2016-cı ildən bəri - ƏN YÜKSƏK HƏDDƏ

Rusiyada dollar və avronun məzənnəsi sürətlə artıb.

FED.az xəbər verir ki, sentyabrın 25-də Moskva birjasında avronun məzənnəsi 2016-cı ilin fevralından bəri ilk dəfə olaraq 91 rublu keçib. 1 avro 91,0294 rubla bərabər olub.

Dolların məzənnəsi də yüksələrək 78 rublu keçib. Sentyabrın 25-də dollar 1,2% bahalaşaraq 78,1 rubl təşkil edib. Qeyd edək ki, bundan əvvəl dolların məzənnəsi 78 rublu bu il aprelin 2-də keçmişdi.

Mənbə: fed.az