Çin Rusiya məhsullarında koronavirus aşkarladı

Çin Rusiya məhsullarında koronavirus aşkarladı

Çin gömrük orqanları Rusiyadan gətirilən məhsulların nümunələrində və qablaşdırmalarında koronavirus aşkar ediblər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Çin səlahiyyətliləri virus testlərinin pozitiv nəticələnməsi ilə əlaqədar Rusiyanın iki gəmisinin idxal bəyannamələrinin qəbulunu dörd həftəlik dayandırıb.

Gəmilərin Çinə balıq və dəniz məhsullarını çatdırılmalı olduğu qeyd edilib.

Qeyd edək ki, daha əvvəl Çinin Çançun şəhərində Rusiyadan gətirilən dondurulmuş dəniz məhsulları paketində koronavirusun aşkarlandığı bildirilmişdi.

Mənbə: qafqazinfo.az