“Füzuli rayonu mavi qaz ilə tam təmin ediləcək” – Vüqar Bayramov

“Füzuli rayonu mavi qaz ilə tam təmin ediləcək” – Vüqar Bayramov

“Seçki kampaniyası dönəmində irəli sürdüyüm platformam üzrə həyata keçiriləcək tədbirlər mərhələli şəkildə reallaşmaqdadır.

Təmsil etdiyim Füzuli rayonunda dövlət proqramına uyğun olaraq, rayonun işğaldan azad edilmiş ərazisindəki 39 yaşayış məntəqəsinin hər birinin mavi yanacaqla təmin olunmasına baxmayaraq, rayonun Gecəgözlü yatağı adlanan ərazisində məskunlaşmış 50 ailəyə yaxın məcburi köçkünün yaşadığı evlər, eləcə də Horadiz şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən 92 və 93 saylı binalar qazlaşdırılmayıb”.

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

V.Bayramov qeyd edib ki, bununla əlaqədar olaraq ötən ay seçicilərinə təqdim etdiyi “Fəaliyyət hesabatı”nda da qeyd etdiyi kimi, “Azəriqaz” İstehsalat Birliyinə deputat sorğusu göndərib:

“Ötən müddətdə apardığımız müzakirələrin nəticəsi olaraq “Azəriqaz” İstehsalat Birliyi Gecəgözlü yatağı adlanan ərazinin, həmçinin Horadiz şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən 92 və 93 saylı binaların tezliklə qaz ilə təmin olunacağını bildirib. Qısa zamanda mavi qaz verilməsi ilə bağlı işlər başlanılacaq. Sorğumuzu müsbət cavablandırdığına, sakinlərimizin çətinliyinə həssas yanaşdığına görə “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə təşəkkür edirəm”.

Mənbə: cebhe.info