Tələbə adını qazanan ağdamlı məzunlarla görüş

Tələbə adını qazanan ağdamlı məzunlarla görüş

Ağdam, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu il Ağdam rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 608 nəfəri tələbə adını qazanıb. Gənclərdən 87 nəfəri 500-600 arası, 26 nəfəri isə 600-dən çox bal toplayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində bu il respublikanın ali məktəblərinə qəbul olan gənclərlə görüş keçirilib. Karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən tədbirdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.

Görüşdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Yüksək bal toplayan gənclərə pul mükafatı verilib.

Mənbə: azertag.az