"Kapital bank" müştəriləri aldadır?" - FOTO

"Kapital bank" müştəriləri aldadır?" - FOTO

Mansur Novruzov adlı şəxs sosial şəbəkə hesabında status yazaraq "Kapital bank"ın müştəriləri aldatdığını qeyd edib. O bildirib ki, Kapital Bankın Sumqayıt filialının önündə elektron lövhənin bir tərəfində rus rublunun kursu 0.0233, digər tərəfində isə 0.0237 qeyd olunub. O bala daxil olub və hansı rəqəmin doğru olduğunu soruşub. Maraqlıdır ki, bankın daxilində bildiriblər ki, rəqəmlərin heç biri doğru deyil, 0.0192 kursu ilə dəyişirlər. Bank nümayəndələri bu anlaşılmazlığa qəribə orqument də gətiriblər. Statusu olduğu kimi qeyd edirik.
"Bu şəkillər Kapital Bankın Sumqayıt filialında olan Valyuta dəyişmə tablosunun bu günkü görüntüləridir. Rus rublu dəyişməliydim. Bayırda qurulmuş lövhədəki məzənnəni gördüm, biraz gec gördüyüm üçün maşını saxlaya bilmədim, ona görə 2-3 km yol fırlanıb yenidən qayıtdım ora. Bayırdakı tablonun bir üzünə Rus rublu üçün məzənnə 0.0233 AZN yazılıb, digər üzünəsə 0.0237 AZN. (Digər valyutalardakı fərqləri də özünüz şəkillərə baxıb görə bilərsiz, mənim söhbətim Rublla olduğu üçün, onu qeyd edirəm). Girib növbə götürüb kassaya yaxınlaşdım ki, bunun hansıdı indi məzənnə? Cavab lap maraqlı oldu:
- Müəllim, onların heç biri deyil, biz içəri lövhədəki məzənnə ilə dəyişirik - 0.0192 AZN.
Mən: - Axı bu belə düzgün deyil, mən bayırdakı lövhəyə görə o qədər yol fırlanıb geri qayıdıram, vaxt itirirəm, ama siz heç nə olmamış kimi, rahat şəkildə mənə nəsə "başa salmaq istəyirsiz".
Kassadakı xanım biraz da haqlı olaraq: Mənə nə deyiblərsə, onu sizə deyirəm.
Resepşnə yaxınlaşıb məsul şəxs soruşuram. Məni 4-cü stolda əyləşən xanıma yönləndirir. Ondan bu "müştəriyə qarşı hörmətsizliyin", "müştərini aldatmağın" səbəbini soruşuram. Harasa zəng vurub danışır, sonra da mənə deyir ki, biz o lövhəni dəyişə bilmirik, çünki o lövhəni baş ofis elə qoyub, istəsələr onlar dəyişə bilərlər ordakı məzənnəni. Deyirəm axı siz bu şəkildə müştərini aldadıb içəri gətirib, içəridə isə onu fərqli məzənnə ilə aldadırsız. Deyir onu biz etmirik, baş ofis edir. Sonda bu nəticə alındı: Baş ofis Sumqayıt fililalına göstəriş verib ki, müştərini bu şəkildə aldadın. Kim də nə desə qorxmayın, bizim adımızı verin.
P.S. Kapital Bankı yazıya tağ edə bilmədim, kimsə tağ edə bilsə etsin, ya da bəlkə də paylaşmaqla onlara bu məsələni çatdırmaq olar.
P.S.S. Guya çatdırsaq nə olacaq ki, onsuz da adamlar göstəriş verib ki, kim nə desə bizim adımızı verin. Əlbət bir bildikləri var..."
YPX.AZ olaraq Bank nümayəndələrinin fikrini işıqlandırmağa hazırıq.


Sizin üçün tövsiyə olunan video:

Mənbə: ypx.az