Lari kəskin ucuzlaşır

Lari kəskin ucuzlaşır

 

Son günlər Gürcüstanın pul vahidi larinin məzənnəsi dünya valyutalarına münasibətdə kəskin enib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb. Bu günə olan məzənnəyə görə, 1 avro 3,8812 lari, 1 dollar 3,3332, 1 Azərbaycan manatı 1,9622 laridir.

Mənbənin yazdığına görə, əhali mütəxəssislərin gürcü larisinin gələcək taleyi ilə bağlı proqnozlarnı gözləmədən valyutadəyişmə məntəqələrinə axışaraq dollar almağa başlayıb. Paytaxt Tbilisidə, bütün mübadilə məntəqələri şəbəkəsinin yerləşdiyi mərkəzi Aleksandr Kazbegi prospektində də izdiham yaşanıb.

Nəşrin məlumatına görə, bir çox insan hazırkı məzənnənin ən sərfəli kurs olduğunu düşünür.

Mənbə: qafqazinfo.az