Dövlət borcu artıb

Fransanın dövlət borcu­nun ümumdaxili məhsula olan nisbəti iyunun sonunda 114,1 faizə çatıb. Bu barədə Fransa Statistika və İqti­sadi Tədqiqatlar İnstitutu məlumat yayıb. Bildirilir ki, ölkənin borcu rekord həddə – 2,638 trilyon avroya çatıb. Dövlət borcu martın sonu ilə müqayisədə 12,7 faiz artıb. Bu göstəricinin 1995- ci ildən bu yana ən böyük rəqəm olduğu vurğulanıb.

Məlumatı “Avrostat” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Xalqqazeti.com

ƏVVƏLKİ XƏBƏR

Karnaval təxirə salınıb

SONRAKI XƏBƏR

İsveçdən ABŞ, Rusiya və Çinə çağırış