Professor: “TAP Cənubi Avropanı vacib geosiyasi məkana çevirir”

Professor: “TAP Cənubi Avropanı vacib geosiyasi məkana çevirir”

Almaniyanın Zigen Universitetinin professoru Müslüm İbrahimov deyir ki, layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar

RADİOMüslüm İbrahimov: “İri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər”

Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub. Bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, TAP-ın reallaşması Trans-Adriatik regionuna diqqəti arıtırıb: “Bu layihə Cənubi Avropanı vacib geosiyasi məkana çevirə bilər. Artıq iri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər. Bunun nəticəsi olaraq regionda müəyyən problemlər ortaya çıxa bilər. Layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar. Bu da onları Avropa Birliyindən yardım qəbul edənlər siyahısından çıxaracaq”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Mənbə: sputnik.az