“Azəriqaz”: Cəbhədəki yaşayış məntəqələrinin qaz təchizatı nəzarətdədir

“Azəriqaz” İstehsalat Birliyi təmas xəttində yerləşən yaşayış məntəqələrinin qaz təchizatı ilə bağlı məsələləri nəzarətə götürüb və bu istiqamətdə təxirəsalınmaz vacib tədbirlərin görülməsi üçün Regional Qaz istismarı İdarələrinə tapşırıqlar verilib.

İstehsalat Birliyindən verilən məlumata görə, hazırda bir sıra idarələrin vəzifəli şəxsləri, eyni zamanda bütün əməkdaşları döyüş şəraitinin tələbləri gözlənilməklə cəbhə zonasında operativ iş rejimində fəaliyyət göstərirlər. Birliyin mərkəzi aparatında bu prosesləri tənzimləyən qərargah yaradılıb. Qərargah gücləndirilmiş rejim seçməklə döyüşlərin getdiyi ərazilərdə qaz təsərrüfatı üçün təhlükəli durum yaranarsa, qəza hallarının operativ şəkildə aradan qaldırılmasına tam hazırdır.

Cəbhə xəttində yerləşən rayonlarda lazımı ehtiyat tədbirləri görülür, əhalinin o cümlədən xüsusi əhəmiyyətli obyektlərin qaz təminatı ilə bağlı məsələlər nəzarətdə saxlanılır.

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Prezidentin köməkçisi:"Azərbaycan-Ermənistan sərhədində əməliyyat aparılması xəbəri yalandır"

SONRAKI XƏBƏR

Ceyhun Bayramov ilə Tovio Klaar arasında telefon danışığı olub