Neft bazarında ucuzlaşma: "Dollar bahalaşacaq"? - AÇIQLAMA

Neft bazarında ucuzlaşma: "Dollar bahalaşacaq"? - AÇIQLAMA

Dollar yaxın zamanda möhkəmlənə bilər. Buna səbəb dünya bazarında neftin qiymətindəki ucuzlaşmadır.

Cebhe.info xəbər verir ki, bu fikiri rusiyalı analitik Boqdan Zvariç bildiirb.

Onun sözlərinə görə, enerjidaşıyıcıları bazarındakı vəziyyət dolların möhkəmlənməsinə təkan verir.

Prosesin Rusiya rublundan da yan keçməyəcəyini bildirən analitikin sözlərinə görə, artıq dollar rubl münasibətdə 3 faiz bahalaşıb.

Avroda isə bu rəqəm 1 faiz olub: "Gələcəkdə biz daha yüksək rəqəmlərin şahidi olacağıq".

Neftin ucuzlaşması dolların bahalaşmasını şərtləndirirmi?

İqtisadçı alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, bəzi analitiklər əgər nə vaxtsa dolların möhkəmlənməsində neftin uuzlaşmasını və ya əksinə dolların ucuzlaşmasında neftin qiymətinin artmasını müşahidə edirlərsə, bunu qanunauyğunluq kimi qəbul edirlər:

“Amma deyilən bu fikir heç də iqtisadi nəzəriyyəyə əsaslanmır. Bu nöqteyi-nəzərdən əsassız fikirdir. Bu tam əksinə də ola bilər. Hər ikisi paralel olaraq möhkəmlənə də, ucuzlaşa da bilər. Təcrübələrdə də bu baş verib”.

Onu da əlavə edək ki, neftin qiymətinin ucuzlaşmasının dünya bazarında olmasa da, neft istehsal edən ölkələrdə dolların möhkəmlənməsinə gətirib çıxarması mümkündür. Bu baxımdan da neftin qiymətinin ucuzlaşması davamlı olarsa, dollar-rubl məzənnəsinin birincinin xeyrinə dəyişəcəyi realdır.

Xatirə

Cebhe.info

Mənbə: cebhe.info