Tələbələr “Startap layihələrinin təşkili və təqdimatı” mövzusunda vebinarda iştirak ediblər

Tələbələr “Startap layihələrinin təşkili və təqdimatı” mövzusunda vebinarda iştirak ediblər

Naxçıvan, 28 sentyabr, AZƏRTAC

Naxçıvan Müəllimlər İnstitutu İnnovasiya Laboratoriyasının təşkilatçılığı ilə Pedaqoji, həmçinin Təbiət və incəsənət fakültələrinin tələbələri üçün “Startap layihələrinin təşkili və təqdimatı” mövzusunda maarifləndirici vebinar təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, vebinarda institutun İxtisasartırma və yenidən hazırlanma üzrə prorektoru Çapay Quliyev startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən danışıb, tələbələri startapla bağlı təqdimatların, layihələrin təşkilində fəal olmağa çağırıb.

İnstitutun İnnovasiya laboratoriyasının mütəxəssisi Səminə Rüstəmova tələbələrə startap layihələrinin necə tərtib olunması edilməsi, hansı mərhələlərdən ibarət olması, təqdimatlarının hazırlanması istiqamətində marifləndirici məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Mənbə: azertag.az