Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvan açıqlanıb

Bakı, 28 sentyabr, AZƏRTAC

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 30-u Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 1030-cu məhəllə ünvanında keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) AZƏRTAC-a bildirilib ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 22 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

AZERTAG.AZ :Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvan açıqlanıb

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"Barselona" onu almaqdan imtina etdi

SONRAKI XƏBƏR

KTMT Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır