Ukrayna xarici vətəndaşlar üçün hava limanını açdı

Ukrayna xarici vətəndaşlar üçün hava limanını açdı

Ukrayna Nazirlər Kabineti xarici vətəndaşların ərazisinə girişinin qadağan edilməsinə dair qərarı ləğv edib.

“İnterfaks” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko məlumat verib.

Onun sözlərinə görə, bundan sonra əcnəbilərin ölkəyə girişinə icazə verilir.

O qeyd edib ki, Ukraynaya gələn xarici vətəndaşlardan özünütəcrid tələb olunmur.

Mənbə: www.oxu.az