Bu il Türkiyəni 10 milyona yaxın turist ziyarət edib

Bu ilin səkkiz ayı ərzində Türkiyənin turizm bölgələrini 9 milyon 271 min 660 nəfər ziyarət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. Qeyd edilib ki, bu turistlərin 7 milyon 255 min 107 nəfəri xaricdən Türkiyəyə gəlib. Onların arasında Almaniya, Rusiya, Bolqarıstan və Ukrayna vətəndaşları üstünlük təşkil edib.

Məlumatda dünyada yayılan COVID-19 pandemiyasının Türkiyənin turizm sektoruna da təsir göstərdiyi bildirilir. Belə ki, bu ölkəyə gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 73,94 faiz azalıb.

Cia.az

ƏVVƏLKİ XƏBƏR

ADB CAREC ölkələrinə tövsiyə verib

SONRAKI XƏBƏR

Cəbhədəki uğurlardan sonra Bakı... - FOTOSESSİYA