ADB CAREC ölkələrinə tövsiyə verib

Asiya İnkişaf Bankı (ADB) turizmi inkişaf etdirmək üçün Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramına qoşulan ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu açıqlayıb.

“Finans.az”ın məlumatına görə, ADB-nin araşdırmasında göstərilir ki, turizm ölkələri arasında sosial-iqtisadi və mədəni bağların dərinləşdirilməsi insanları və millətləri yaxınlaşdırır, daha yaxşı dialoq mühiti formalaşdırır:

“Turizm sahəsində əməkdaşlığın təşviqi “CAREC 2030” strategiyasının əsas prioritetlərindəndir. Həmçinin o da təsdiq olunub ki, turizm qlobal iqtisadiyyat və Dayanıqlı İnkişaf Məqsədləri baxımından ölkələrin inkişafına kömək edən ən effektiv yoldur”, - deyə hesabatda qeyd edilib.

Xatırladaq ki, ADB-nin CAREC proqramına Azərbaycan da daxil olmaqla 11 ölkə üzvdür.

Finans.az

ƏVVƏLKİ XƏBƏR

Politoloq: “Qarabağda müharibənin alovlanmasında ATƏT-in böyük rolu var”

SONRAKI XƏBƏR

Bu il Türkiyəni 10 milyona yaxın turist ziyarət edib